Tarixdəki olaylar

 

6 may 1921  I Ümumazərbaycan Sovetlər Qurultayı (ali qanunverici orqan) işə başlayıb. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olunub. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilib, ali hakimiyyət orqanı  olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK) və yerli sovetlər yaradılıb. 1921–1937-ci illərdə ümumilikdə 9 dəfə Ümumazərbaycan sovetlər qurultayları keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.

 

6 may 1936  Türkiyədə ilk ali musiqi təhsili müəssisəsi – Ankara Dövlət Konservatoriyası qurulub. Ankara Musiqi Müəllimləri Məktəbinin (1924) bazasında yaradılan konservatoriya hazırda Hacettepe Universitetinin nəzdində fəaliyyət göstərir.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

6 may 1856 – Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856 – 23.9.1939) anadan olub.

 

6 may 1867 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924) Vladislav Reymont (1867 – 5.12.1925) anadan olub. “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s. əsərlərin müəllifidir.

 

6 may 1900 – Azərbaycanın Xalq artisti Aleksandra Lavrentyevna Suvirova (1900–1962) Moskvada doğulub. Səhnə fəaliyyətinə Bakıda başlayıb. Dövlət Rus Dram Teatrının aktrisası (1927–1959) olub.

 

6 may 1922 – SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş (1922 – 9.3.2019) anadan olub. 30-dan çox filmdə çəkilib. Uzun illər Moskvada Şukin adına Teatr Məktəbinə rəhbərlik edib.

 

6 may 1942 – Əməkdar artist, diktor Hicran Soltan oğlu Hüseynov (1942 – 1.3.2013) Qəbələ rayonunda anadan olub. 1971-ci ildən Azərbaycan Televiziyasında fəaliyyət göstərib.

Hazırladı: Vüqar Orxan