M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Orqan musiqisi axşamı” adlı konsert keçirilib.

Musiqili gecədə solist Natəvan Quliyeva (orqan) ilk olaraq dinləyicilər qarşısında mühazirə ilə çıxış edib. Musiqiçinin səsləndirdiyi hər ifadan öncə əsər haqqında qısa informasiya verməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinə müraciət olunan konsert proqramı musiqisevərlərin könlünü oxşayıb.