Mayın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Konsertdə dirijor Benjamin Yusupovun (İsrail) rəhbərliyi ilə solist Sarah McElravy (viola, Kanada-Avstriya) çıxıb edib.
Proqramda S.Arqovun "Süita", B.Yusupovun "Viola və orkestr üçün 2 nömrəli konsert", “Transsendent məhəbbət” (dünya premyerası) və P.İ.Çaykovskinin "5 nömrəli simfoniya" (op.64) əsərləri səsləndirilib.
Konsert proqramı alqışlarla qarşılanıb.