Qazax Dövlət Dram Teatrının səhnəsində Rövşən Ağayevin eyniadlı pyesi əsasında hazırlanan "Bir gecənin nağılı" tamaşası təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Afiq Məmmədovdur. Rolları aktyorlar Rüfət Ömər və Zəmanə Dərviş ifa edirlər.

Komediya janrında hazırlanan, sevgi hekayəsi üzərində qurulan səhnə əsərində ailələrdə yaşanan aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına təsiri önə çəkilir.

Əsasən məktəbli və gənclərin izlədiyi tamaşa maraqla qarşılanıb.