İstanbuldakı “Bilim Bəyoğlu” Mədəniyyət Mərkəzinin səhnəsində “Çoxşaxəlilik” xoreoqrafik monotamaşa nümayiş olunub. Tamaşanın müəllifi və ifaçısı tanınmış azərbaycanlı və rusiyalı rəqqas, xoreoqraf Fərid Kazakov olub. Tamaşada insanın ömür boyu bir-biri ilə mübarizə aparan işıqlı və qaranlıq tərəfləri göstərilir.

Monotamaşa bu il martın 12-də dünyasını dəyişən balet ustası, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı, F.Kazakovun da müəllimi olmuş Tamilla Şirəliyevanın xatirəsinə həsr edilib.

“Tamilla xanımın vəfatından çox pərişan oldum. Onu çox sevirdim və pərəstiş edirdim. Xoşbəxtəm ki, Tamilla xanımın sayəsində bu gün əldə etdiyim hər şeyə, ən əsası isə peşəkarlığa nail ola bildim”, – deyə F.Kazakova bildirib.

Səhnədə “Kazakov International Academy and Elita Sport Club”un tələbələri də çıxış edib.

Tamaşanın sonunda uşaqlara yüksək sənət zövqü yaşatdığına görə F.Kazakova “Bilim Bəyoğlu” Mədəniyyət Mərkəzinin təşəkkürnaməsi təqdim olunub.