
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı təcrübə proqramı elan edib.
Bu barədə Mahnı Teatrından məlumat verilib.
Proqramına qoşulanlar teatrın Estrada-simfonik orkestri ilə bir arada çalışaraq ifaçılıq təcrübəsi qazanmaq şansı əldə edəcəklər.
İştirak üçün skripka, alt, violonçel, saksofon, klarnet, fleyta, trombon, truba, fortepiano, bas gitara, elektrogitara, zərb alətləri ifaçıları müraciət edə bilərlər.
Müraciət üçün əlaqə: 055-292-85-03 012-493-94-15
Elektron poçt ünvanı: info@mahniteatri.az