Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirilib, zəngin siyasi irsindən bəhs edən videoçarx nümayiş olunub.

Dəyirmi masada çıxış edən Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində mühüm mərhələdir. Qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına və dövlətçiliyin möhkəmlənməsinə xidmət edib.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov və YAP Sabirabad rayon təşkilatının nümayəndəsi Tural Hüseynli Milli Qurtuluş Gününün xalqımızın taleyində xüsusi əhəmiyyətindən bəhs ediblər. Ümummilli liderin dövlətçilik irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin hərtərəfli inkişafı və əldə olunan nailiyyətlərin məhz bu siyasi kursun nəticəsi olduğu vurğulanıb.