Milli Kitabxana tərəfindən “18 may – Beynəlxalq Muzeylər Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Kitabxanadan verilən məlumata görə, sərgilərdə dünya muzeyləri, Azərbaycan muzeyləri haqqında, muzey işi mövzusu ilə bağlı müxtəlif dillərdə nəşrlər, dövri mətbuat materialları və s. nümayiş olunur.
Virtual sərgiyə kitabxananın saytınsa müvafiq link (https://anl.az/el/vsb/Beynelxalq_Muzeyler_Gunu/index.htm) vasitəsilə baxmaq olar.
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş miqyasda qeyd edilir. UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilən bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərir.
Bu il əlamətdar gün üçün “Parçalanmış dünyanı muzeylər birləşdirir” devizi seçilib.





















