18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə ənənəvi olaraq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçiriləcək.
Həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz olacaq.
Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü UNESCO nəzdində Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.
Bu il əlamətdar gün “Parçalanmış dünyanı muzeylər birləşdirir” devizi ilə qeyd olunacaq.



















