Milli Kitabxanada Əməkdar elm xadimi, professor, tanınmış pedaqoq Nurəddin Kazımovun (1926–2018) 100 illiyi münasibətilə kitab sərgisi tərtib edilib.
Kitabxanadan bildirilib ki, sərgidə alimin pedaqogikanın nəzəri-metodoloji məsələləri, pedaqoji prosesin təşkili və tərbiyə problemləri, ali məktəbdə pedaqoji prosesin təşkili və idarə olunması mövzularına həsr olunmuş əsərləri, dərs vəsaitləri, monoqrafiyaları, elmi məqalələri, metodik vəsaitləri, tərcümələri, redaktoru olduğu nəşrlər, həmçinin alimin həyat və fəaliyyətini əks etdirən ədəbiyyatlar nümayiş olunur.
Nurəddin Kazımovun əsas elmi və pedaqoji əsərləri arasında “Nurlu yol” (1983), “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983), “Ali məktəb pedaqogikası” (1999), “Milli pedaqogika yollarında” (2001), “Məktəb pedaqogikası” (2002), on altı cilddən ibarət “Seçilmiş əsərlər” (2011) və digər kitablar yer alır.





















