Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova Daşkənddəki Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunda “Azərbaycan və özbək folklorşünaslıq əlaqələri” mövzusunda ustad dərsi keçib.
İnstitutdan bildirilib ki, ustad dərsi ölkəmizin Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Mədəniyyət laboratoriyası” layihəsi çərçivəsində təşkil olunub.
Alimin iki ölkə arasında folklor əlaqələrinin tarixi kökləri, müqayisəli xüsusiyyətləri və inkişaf perspektivləri, həmçinin qeyri-maddi mədəni irsin qorunması məsələləri barədə mühazirəsi maraqla qarşılanıb.
Tədbirdə tələbələr, gənc tədqiqatçılar və sahə üzrə mütəxəssislər iştirak edib, interaktiv müzakirələr aparılıb və suallar cavablandırılıb.
Aynur İbrahimova ustad dərsinin yüksək səviyyədə təqdimatına görə təşəkkürnamə ilə təltif olunub.





















