Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı (MEMİM) ilə aprelin 29-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçiriləcək.
MEMİM-dən verilən məlumata görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin dəstəyi ilə təşkil olunan seminarın məqsədi milli mədəniyyətin formalaşmasında folklor amilinin əhəmiyyətini diqqətə çatdırmaq, zəngin xalq yaradıcılığının təbliği və gələcək nəsillərə ötürülməsi yollarının müzakirə edilməsidir.
Seminarda folklorşünas, sənətşünas alim və tədqiqatçıların məruzələri dinləniləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində bədii proqram da nəzərdə tutulur.



















