31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sabirabad rayonunda Soyqırımı xatirə abidəsi, eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri (2016) şəhidi Murad Mirzəyevin (31.3.1976 – 2.4.2016) doğum günü münasibətilə onun rayonun Şəhidlər xiyabanında qoyulmuş büstü ziyarət olunub.
Bu barədə Mil-Muğan Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Anım mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının, daha sonra isə Milli Qəhrəmanın əziz xatirəsi ehtiramla yad olunub, abidələr önünə gül dəstələri düzülüb.
























