Martın 27-də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə Dünya Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
Tanınmış sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov açıb. O, iştirakçıları əlamətdar gün münasibəti ilə təbrik edib, ittifaqın beynəlxalq əlaqələrindən danışıb.
ATXİ-nin sədr müavini Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Əməkdar artist, professor Azad Şükürov və başqa çıxış edənlər Dünya Teatr Gününün tarixindən, Azərbaycan teatrının uğurlarından danışıblar.
Teatr tarixini və ATXİ-nin beynəlxalq əlaqələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Çıxışlardan sonra teatr sahəsində xidmətləri olan bir qrup sənət xadiminə ittifaqın "Teatr fədaisi" medalı, "Qızılgül" mükafatı və fəxri fərmanları təqdim olunub.
Samirə























