27-29 mart tarixlərində Ankarada Türk Dünyası Nəşriyyat Konqresi keçirilir.

Konqres Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsi tərəfindən təşkil olunub.

Tədbirə on ölkədən rəsmilər, 140-dək nəşriyyat və ədəbiyyat üzrə müəlliflik haqları agentləri qatılıb. Üç gün ərzində nəşriyyat, ortaq türk dili, tərtibat, idarəçilik, təhsil və tərcümə sahələrində fikir mübadiləsi aparılacaq, ayrı-ayrı ölkələrin nümayəndələrindən ibarət işçi qrup tərəfindən təkliflər hazırlanaraq konqresə təqdim olunacaq.

Konqresdə Azərbaycandan Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə və on nəşriyyat nümayəndəsi iştirak edir.