Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
Tədbirlər Planının icraçı qurumları arasında Mədəniyyət Nazirliyi də var.
Eyni zamanda nazirliyin regional idarələri, yerlərdəki mədəniyyət müəssisələri “Şəhərsalma və Memarlıq İli” ilə bağlı müxtəlif layihə və tədbirlər həyata keçirir.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində sərgi təşkil olunub.
Sərgidə məktəbin rəsm şöbəsi şagirdlərinin əl işləri yer alıb. Onların xəyal dünyasında canlandırdıqları müasir şəhər mənzərələri, tarixi memarlıq nümunələri və gələcəyin yaşayış məkanlarını əks etdirən rəsmlər maraqla qarşılanıb.





















