Naxçıvan Dövlət Kukla Teatrında 2026-cı il repertuar planının ilk səhnə işi olan V.Rzayevin “Cəsur dovşan” tamaşasının premyerası keçirilib.
Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Ədalət Quliyev, musiqi tərtibatçısı Əli Məmmədov, rejissor assistenti Əfqanə Ələsgərovadır.
Yaradıcı heyətin peşəkar işi nəticəsində ideya, forma və məzmun baxımından dolğun səhnə nümunəsi ərsəyə gəlib.
Tamaşada cəsarət, dostluq, xeyirxahlıq və özünəinam kimi dəyərlər zəngin ifadə vasitələri ilə balaca teatrsevərlərə çatdırılır.
Aktyor oyunu ilə yanaşı rəngarəng dekorasiya, canlı musiqi tərtibatı və dinamik səhnə həlli ilə də uşaqların diqqətini özünə çəkən “Cəsur dovşan” tamaşası böyük maraqla qarşılanıb.
























