Qəbələ Rayon Tarix -Diyarşünaslıq Muzeyinin (Şəki-Zaqatala RMİ) təşkilatçılığı ilə "Mənəvi dəyərlər milli kimliyimizin göstəricisidir" adlı tədbir keçirilib.

Tədbirdə milli mənəvi dəyərlərin xalqımızın təfəkkürü, yaşam tərzi, dini etiqadı, ailə, cəmiyyət və xalqlar arasında münasibətlər əsasında formalaşaraq zənginləşdiyi, nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çatdığı vurğulanıb.

Qeyd olunub ki, qloballaşma şəraitində, dünyanın sürətli inkişaf proseslərində mənəvi dəyərlərin qorunması üçün həm xalqın, həm də vətəndaşının üzərinə məsuliyyət düşür.

Tədbir çərçivəsində Qəbələ rayonunda uzun illər təndir qurma, xalçaçılıq sənəti ilə məşğul olan sənətkarların işlərini əks etdirən videomaterial nümayiş olunub.

Nurəddin