Oktyabrın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

Baş İdarədən verilən məlumata görə, tədbirdə mədəniyyət işçiləri, ədəbiyyatsevərlər iştirak ediblər. 

Görüşdə Çingiz Abdullayevin zəngin yaradıcılığından, Azərbaycan və dünya ədəbiyyatına verdiyi töhfələrdən bəhs edilib, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi kimi fəaliyyəti diqqətə çatdırılıb.

Yazıçı həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq  qazandıran əsərlərinin yaranma tarixçəsindən danışıb, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbirdə yazıçının həyatını və ədəbi fəaliyyətini əks etdirən videoçarx, əsərləri əsasında çəkilmiş filmlərdən fraqmentlər nümayiş  olunub.

Sonda yazıçı oxucular üçün kitablarını imzalayıb.