
Milli Kitabxanada “Biblioqrafiyaşünas-alim Fərman Bayramov – 90” adlı ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgi biblioqrafiyaşünas-alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Fərman Bayramovun anadan olmasının 90 illiyi münasibətilə hazırlanıb.
Sərgidə alimin həyat yolu və elmi fəaliyyəti haqqında ədəbiyyatlar, elmi məcmuələrdə çap olunan məqalələri, dövri mətbuat materialları yer alıb.
Qeyd edək ki, Fərman Bayramov “Azərbaycan iqtisadiyyatının biblioqrafiyası”, “Milli biblioqrafiyalarımızdan biri”, “XX əsr Azərbaycan alimləri və biblioqrafiya”, “H.Z.Şirvani yaradıcılığında mütaliə və biblioqrafiya məsələləri” adlı məqalələrin, “Nəriman Nərimanov: 1870-1970” və s. adlı biblioqrafik vəsaitlərin, eləcə də bir sıra xronikaların müəllifi olub.