Avqustun 20-də Azərbaycanın dünyaca məşhur dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun (1912 –1984) anadan olmasının 113-cü ildönümü tamam olacaq.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həmin gün saat 21:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda konsert keçiriləcək.

Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Proqramda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Asəf Zeynallı və Vasif Adıgözəlovun əsərləri səsləndiriləcək.

Konsertin məqsədi unudulmaz dirijor və bəstəkarın zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etməkdir.