“Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb”.

Prezident İlham Əliyevin 22 iyul – Milli Mətbuat Günü münasibətilə sosial media hesabında yayılan paylaşımında belə deyilir.

Dövlətimizin başçısı Azərbaycan dilində ilk qəzetin nəşrə başlaması – milli mətbuatın yaranmasının 150 illiyi ilə bağlı media mənsublarını təbrik edib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 21-də “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə bir qrup media əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Əmək” ordeni, “Tərəqqi” medalı ilə təltif olunub, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.