Tarixdəki olaylar

 

31 may 1906 – Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

31 may 1809 – Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn; 31.3.1732 – 1809) vəfat edib. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.

 

31 may 1887 – Fransız şairi, Nobel mükafatı laureatı (1960) Sen-Jon Pers (Saint-John Perse – əsl adı Alexis Saint-Leger; 1887–20.9.1975) anadan olub.

 

31 may 1922 – Xalq artisti, məşhur xanəndə Sara Bəbiş qızı Qədimova (1922 – 12.5.2005) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.

 

31 may 1929 – Bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov (1929 – 31.8.2016) anadan olub. Uşaqlar üçün “Əlibaba və qırx quldur” baleti, “Azərbaycan gəncləri” odası, digər musiqi əsərlərinin, 300-dən çox mahnının müəllifidir. Tamaşalara musiqi yazıb.

 

31 may 1963 – Əməkdar artist, tanınmış xanəndə Zülfi (Zülfüqar) Səməd oğlu Adıgözəlov (1898–1963) vəfat edib.

Hazırladı: Vüqar Orxan