İyunun 1-də paytaxtın sevilən məkanlarından olan “İbiza” restoranı qapılarını xüsusi olaraq balaca qonaqlar üçün açacaq.
Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təşkil olunacaq rəngarəng tədbir uşaqlara unudulmaz anlar bəxş edəcək.
Gün boyu davam edəcək proqramda onlar üçün əyləncəli oyunlar, müxtəlif müsabiqələr, canlı musiqi və sehrli atmosfer hazırlanacaq. Ən maraqlı məqamlardan biri isə balacaların sevimli cizgi film personajlarının tədbirdə iştirakı olacaq. Onlar uşaqlarla şəkil çəkdirəcək, birlikdə oynayacaq və əyləncəli anları paylaşacaqlar.
Tədbirin əsas məqsədi uşaqlara sevincli, yaddaqalan bir gün yaşatmaq, həmçinin ailələrlə birgə mənalı vaxt keçirmək üçün mühit yaratmaqdır.
“İbiza” restoranı bu təşəbbüslə həm cəmiyyətin ən dəyərli üzvləri olan uşaqlara diqqət göstərir, həm də onların hüquqlarının qorunmasının nə qədər vacib olduğunu bir daha xatırladır.
Valideynlərə isə yalnız bir şey qalır – 1 iyun tarixində uşaqları ilə birlikdə bu məkana gəlmək və bu möhtəşəm gündən zövq almaq!