Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı Şuşa şəhərində VIII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir.
Ənənəvi musiqi şöləni çərçivəsində bu il ölkəmizdə ikinci dəfə keçirilən Uşaq İncəsənət Festivalının (UİF) xüsusi zonası yaradılıb. Həmin məkanda "UİF – 2023"ün qalibləri öz istedad və bacarıqlarını nümayiş etdirirlər. Onların rəngarəng çıxışları "Xarıbülbül" festivalının iştirakçıları və tamaşaçıları təeəfinsən maraqla qarşılanır.
"UİF – 2025"in guşəsində yerli sakinlər və mədəniyyət paytaxtımıza təşrif buyurmuş qonaqlar arasında səhnəyə çıxmaq istəyən uşaqlar və yeniyetmələr könüllü şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanırlar.
Ərazidə qurulmuş oyun zonasında zəka oyunları, interaktiv əyləncə küncləri və yaradıcı fəaliyyət sahələri uşaqların böyük marağına səbəb olub. Festival atmosferini gücləndirən çadırlarla qurulmuş düşərgə prototipi və promo məhsulların təqdimatı zonaya gələn hər kəsə unudulmaz anlar yaradıb.
Axşam saatlarında isə əsl sehr yaşanıb. Ocaq başında bir araya gələn iştirakçılar, şeir, musiqi və nağılvarı çıxışlarla günü unudulmaz xatirəyə çeviriblər.