Bakı Slavyan Universitetində (BSU) 2026/2027-ci tədris ilinin payız semestrində beynəlxalq akademik mübadilə proqramları çərçivəsində 3 ölkənin 4 universitetindən ümumilikdə 13 tələbənin təhsil alması nəzərdə tutulur.
Bu barədə institutdan məlumat verilib.
Qeyd olunur ki, Qazaxıstanın Torayqirov Universiteti və Şimkent Universiteti, eləcə də Belçikanın Kent Universitetindən tələbələrin BSU-da akademik mübadiləsi universitetlər arasında imzalanan ikitərəfli anlaşma memorandumları əsasında həyata keçiriləcək.
Qırğızıstandan olan tələbələrin BSU-da təhsili isə “Orhun” mübadilə proqramı çərçivəsində təşkil olunacaq.





















