Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü ilə “Şəhərdən kəndə mədəniyyət karvanı” adlı layihəyə start verilir.

RMİ-nin yaydığı məlumata görə, layihə regionlarda mədəni həyatın inkişafına töhfə vermək, kəndlərdə yaşayan əhali üçün mədəni xidmətlərin əlçatanlığını artırmaq, kənd mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq və kənd sakinlərinin asudə vaxtının səmərəli təşkilini təmin etmək məqsədi daşıyır.

Mil-Muğan regionunun kənd və qəsəbələrini əhatə edən layihə çərçivəsində konsert proqramları və müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, ustad dərslərinin keçirilməsi, səyyar kitabxana xidmətlərinin göstərilməsi, kitab sərgiləri və təqdimatların təşkil edilməsi, kino nümayişlərinin həyata keçirilməsi, eləcə də yerli sənətkarların yaradıcılığının təqdim olunması nəzərdə tutulur.

Layihənin avqust ayı üçün nəzərdə tutulan tədbirləri:

SABİRABAD RAYONU

1. Qaralar kənd Folklor evi – konsert proqramı

21.08.2026 | 11:00

2. Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzi – konsert proqramı

27.08.2026 | 17:00

SAATLI RAYONU

1. Hacıqasımlı kənd klubu – kino nümayişi

22.08.2026 | 11:00

2. Nəsimikənd kənd Folklor evi – kino nümayişi

29.08.2026 | 11:00

İMİŞLİ RAYONU

1. Qaralar kənd klubu – kino nümayişi

20.08.2026 | 10:00

2. Qaraqaşlı kənd klubu – kino nümayişi

25.08.2026 | 11:30

3. Bəhrəmtəpə qəsəbə Diyarşünaslıq klubu – konsert proqramı

27.08.2026 | 17:00

BEYLƏQAN RAYONU

1. Birinci Şahsevən kənd Diyarşünaslıq evi – konsert proqramı

21.08.2026 | 18:00

2. Aşıqalılar kənd Diyarşünaslıq evi – kino nümayişi

25.08.2026 | 18:00

3. Örənqala qəsəbə Diyarşünaslıq evi – konsert proqramı

28.08.2026 | 18:00