Özbəkistan Milli Universitetinin professoru Hamidulla Boltaboyev və Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı İnstitutunun prorektoru, professor İnomjon Azimov iyulun 3-də Azərbaycan Milli Kitabxanasıda olublar.
Qonaqlara Milli Kitabxananın fəaliyyəti, zəngin kitab fondu, rəqəmsal resursları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib.
Azərbaycan ilə Özbəkistan arasında elmi-mədəni əlaqələrin inkişafı, ortaq türkoloji irsin tədqiqi, ədəbiyyatşünaslıq sahəsində aparılan araşdırmalar, eləcə də kitabxanalararası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Özbək alimlər Milli Kitabxananın zəngin fondu və burada yaradılmış müasir informasiya mühiti ilə tanışlıqdan məmnun qaldıqlarını bildirərək, iki ölkənin kitabxanaları arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Görüşün sonunda professor Hamidulla Boltaboyev müəllifi olduğu kitabları Milli Kitabxananın fonduna hədiyyə edib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqlara kitabxananın yeni nəşrini – bu yaxınlarda işıq üzü görən “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitabını təqdim edib.























