“Qərbi Azərbaycana qayıdış” konqres-festivalının iyunun 19-da Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən konqres hissəsində Bakı Slavyan Universiteti (BSU) də təmsil olunub.

Tədbir çərçivəsində BSU-nun Qərbi Azərbaycan Elmi-tədqiqat mərkəzində hazırlanmış “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın 8 dilə tərcümə nəşri, “Qərbi Azərbaycan folkloru etnopedaqogika mənbəyi kimi” dərs vəsaiti və proqram, eləcə də “Qərbi Azərbaycan şivələrinin leksikasının tədqiqi” adlı kitabların sərgisi təşkil edilib.

Bu barədə BSU-dan məlumat verilib.

Bildirilib ki, sərgi çərçivəsində nümayiş edilən kitablar NDU-ya hədiyyə olunub. Bu nəşrlər Qərbi Azərbaycanın tarixi-mədəni irsinin, folklorunun, dil xüsusiyyətlərinin və qayıdış ideyasının elmi əsaslarla öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.