18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Sənaye və Texnologiya Kollecində görüş keçirilib.
Görüşdə Bülbülün Memorial Muzeyinin əməkdaşı Mehriban Qasımova çıxış edərək bu günün əhəmiyyətindən, muzeylərin tarixin və mədəni irsin qorunmasında rolundan söhbət açıb.
Bu barədə muzeydən məlumat verilib.
Görüşdə Bülbülün Memorial Muzeyi və onun Şuşa şəhərindəki filialı (Bülbülün ev-muzeyi) haqqında ətraflı bəhs olunub.
Kollecin şöbə müdiri Pərvin Məmmədova, müəllimləri Aynur Rzaquliyeva və Rəhimə Yaqubəli çıxışlarında təhsil müəssisələri ilə muzeylər arasındakı qarşılıqlı əməkdaşlığın vacibliyini, gənclərin dünyagörüşünün genişlənməsində bu cür maarifləndirici görüşlərin mühüm rolunu vurğulayıblar.
Görüş iştirakçılarda muzeylərə marağın artırılması və milli-mənəvi dəyərlərin təbliği baxımından yaddaqalan olub.






















