Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində azərbaycanlı və türk musiqiçiləri bir araya gətirən, qardaşlıq bağlarını tərənnüm edən konsert təşkil olunub.

Konsertin qonağı Niderlandın Rotterdam şəhərində 25 ildir fəaliyyət göstərən və Avropada tanınan "Rotterdam Klassik Türk Musiqisi Xoru" (Rotterdam Klassik Türk Müziği Korosu) olub.

Xorun rəhbəri Burak Savaşın dirijorluğu ilə türk və azərbaycanlı musiqiçilər eyni səhnəni bölüşərək həm türk-Anadolu, həm də Azərbaycanın zəngin musiqi xəzinəsindən seçilən əsərləri səsləndiriblər.

Proqramda xor heyəti ilə yanaşı Heydər Buka (zərb alətləri), Atilla Tektaş və Elnur Mikayılov (kamança), Sidqi Savaş (ud), Yelda Dəmir (qaval), Əməkdar artist Çinarə Mütəllibova (qanun), Səbinə Məmmədova (piano), Rəfael Əsgərov (balaban) və Rəvanə Qurbanova (vokal) çıxış ediblər.