Aprelin 28-də Səməd Vurğunun Ev-Muzeyində “Ürəyin dörd tərəfi” yaradıcılıq klubunun təşkilatçılığı ilə “Mənim dostum Səməd Vurğun” adlı poeziya və musiqi axşamı keçirilib.
Muzeydən verilən məlumata görə, tədbir Xalq şairi Səməd Vurğunun görkəmli rus şairi, yazıçı-publisist Konstantin Simonov (1915-1979) ilə dostluğuna və yaradıcılıq əlaqələrinə həsr olunub.
Poeziya axşamında hər iki şairin həyat və yaradıcılıq yoluna nəzər salınıb, onların qələm dostluğunu əks etdirən xatirələr diqqətə çatdırılıb.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorlarının ifasında hər iki müəllifin poemalarından parçalar və şeirlər səsləndirilib.
Bədii hissədə "Gəl, ey səhər" (bəstə: P.Bülbüloğlu), "Sevgilim" (R.Hacıyev), "Ay Laçın" (xalq mahnısı) və s. musiqi nömrələri səsləndirilib.

























