Gəncə Dövlət Milli Dram Teatrının 130 illiyi ərəfəsində teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Sənəti  yaşadanlar” adlı kitabı nəşr edilib. 

Əməkdar mədəniyyət işçisi, 2008-2018-ci illərdə Gəncə teatrının direktoru olmuş Əli Qasımovun 70 illik yubileyi münasibətilə işıq üzü görən kitab onun sənət yolundan və fəaliyyətindən, eləcə də teatrın əldə etdiyi yaradıcılıq nailiyyətlərindən bəhs edir.

Nəşrin redaktorları Sailə Məhərrəmqızı və Vaqif  Əmiraslandır. Kitab “STAR” çap evində işıq üzü görüb.