Tarixdəki olaylar
30 mart 1856 – Krım müharibəsinin (1853–1856) yekunlarına dair Parisdə Fransa, Prussiya, Britaniya, Türkiyə (Osmanlı dövləti) və Rusiya arasında sülh müqaviləsi imzalanıb. Müharibə nəticəsində Osmanlı və Rusiya Qara dənizdə hərbi donanma imkanlarını xeyli itirib. Osmanlı imperiyasının tərkibində Moldaviya, Valaxiya muxtariyyət alıb.
30 mart 1867 – Rusiya Alyaskanı ABŞ-yə satıb. Rusiya imperiyasına daxil olan Alyaska yarımadası, habelə Aleut adaları və bir sıra kiçik adalar (ümumi sahəsi 1,5 milyon kvadrat kilometr) 7,2 milyon dollar (qızılla) müqabilində Birləşmiş Ştatlara verilib.
30 mart 1918 – Bakıda erməni-daşnak və bolşevik dəstələrinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları başlanıb. Ermənilər qırğına əvvəlcədən hazırlaşmışdılar. Türkiyə cəbhəsindən geri dönən rus əsgərlər Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Soveti”nin sərəncamında idilər. Dünya müharibəsindən qayıdan azərbaycanlıların əksəriyyəti isə Bakı yaxınlığında tərk-silah edilmişdi.
30 mart 1920 – Azərbaycan Xalq Cümhuriyyətində növbəti hökumət böhranı yaranıb. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi beşinci hökumət kabineti istefa verib. Yeni hökuməti qurmaq mümkün olmadı. Hökuməti qurmaq tapşırılmış Məmmədhəsən Hacınski (beşinci hökumətdə daxili işlər naziri) bolşeviklərlə (Azərbaycan Kommunist Partiyası) əməkdaşlığın tərəfdarı idi. Aprelin ortalarında o, “Müsavat” Partiyasından istefa verərək bolşeviklərin sırasına qoşuldu. 28 apreldə Cümhuriyyət süqut etdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
30 mart 1746 – İspan rəssamı, romantizmin parlaq nümayəndəsi Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes; 1746 – 16.4.1828) anadan olub.
30 mart 1844 – Fransız şairi, ədəbiyyatda impressionizm və simvolizmin banilərindən biri Pol Verlen (Paul Marie Verlaine; 1844 – 8.1.1896) anadan olub.
30 mart 1853 – Holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh; 1853 – 29.7.1890) anadan olub.
30 mart 1908 – Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Şamil Həsən oğlu Qazıyev (1908 – 13.7.1980) İrəvan şəhərində doğulub.
30 mart 1910 – Türk şairi və yazıçısı Ziya Osman Saba (1910 – 29.1.1957) İstanbulda doğulub. Cümhuriyyət dövrünün ilk ədəbi birliyi sayılan “Yeddi məşəlçilər” hərəkatının qurucularından olub.
30 mart 1949 – Xalq artisti, xanəndə Səfa Hüseyn oğlu Qəhrəmanov (1949 – 5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.
29 mart 1951 – Əməkdar incəsənət xadimi, pianoçu, dirijor Azad Sabir oğlu Əliyev (29.3.1951 – 2014) vəfat edib.
Hazırladı: Vüqar Orxan






















