Qax Dövlət Kukla Teatrı Novruz bayramı günlərində uşaqlara “Novruz oyunları” adlı əyləncəli proqram təqdim edir.

Teatrın direktoru səlahiyyətlərini icra edən Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, məqsəd məktəblilərin yaz tətili günlərinin mənalı və səmərəli keçməsini təmin etməkdir.

Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru İlmar Abdullayev, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Bundan əlavə, teatrda rus uşaq yazıçısı Boris Vaynerin “Almaz dağı” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər davam edir.

Araz Mehrablının quruluş verdiyi tamaşada rolları Afət Yaqubova, Məlahət Məmmədova, Elnurə Əliyeva, Elnarə Razıyeva, Azər Kərimov, Cəbrayıl Quluşov və İlmar Abdullayev ifa edirlər. Tamaşanın rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Səhnə əsəri yaxın günlərdə təqdim olunacaq.