Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə regional idarə məlumat yayıb.

Tədbirlərdə Novruz bayramının zəngin dəyərlərini və adət-ənənələrini əks etdirən konsert proqramları, ədəbi-bədii kompozisiyalar, sərgilər və maarifləndirici görüşlər təşkil olunub.

Bayram şənliklərində milli musiqi nömrələri səsləndirilib, folklor nümunələri nümayiş etdirilib.

Tədbirlərdə çıxış edənlər Novruz bayramının xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynadığını, onun birlik, yenilənmə rəmzi olduğunu vurğulayıblar.

Qeyd olunub ki, bu cür tədbirlərin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasıdır.