Sabirabad rayon Mədəniyyət Mərkəzində balacalar üçün “Bahar sovqatı” adlı tamaşa göstərilib.

Bu barədə Mil-Muğan Regional Mədəniyyət İdarəsi məlumat yayıb.

Uşaqların sevimli obrazları olan Cırtdan, Kosa, Keçəl və Bahar qızı Novruz ənənələrini əks etdirən maraqlı səhnələrlə balacalara bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Rəngarəng səhnə tərtibatı verilən və əyləncəli hadisələri nəql edən tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.