Xalqımızın milli-mədəni dəyərlərini və qədim folklor yaddaşını yaşadan Novruz bayramı münasibətilə ölkəmizin hər yerində şənliklər, sözlü-nəğməli tədbirlər keçirilir.
Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrdə də silsilə bayram tədbirləri təşkil edilir.
Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbində (müvəqqəti olaraq Bakı şəhərində fəaliyyət göstərir) “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib.
Şuşa şəhər Bülbülcan adına Uşaq incəsənət məktəbində (müvəqqəti olaraq Bakı şəhərində fəaliyyət göstərir) isə İlaxır çərşənbə – Novruzun son müjdəçisi olan Torpaq çərşənbəsi münasibətilə şənlik təşkil edilib.
Şuşa rayon Turşsu kənd Uşaq musiqi məktəbində (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) "Nəğməli Novruz" adlı konsert olub.
Qarabağ RMİ-nin tabeliyində fəaliyyət göstərən Bərdə şəhər 3 nömrəli Uşaq musiqi məktəbi isə "Baharım çiçək, çiçək" adlı bayram tədbirinə evsahibliyi edib.
RMİ-nin əhatə etdiyi Füzuli şəhər 2 nömrəli Uşaq incəsənət məktəbində "Yurdumuza Bahar gəlir" adlı tədbir keçirilib.
Regional idarənin Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi də Novruz bayramı münasibətilə geniş tədbir keçirib.




























