Azərbaycan Dövlət Uşaq Filarmoniyasında "Novruz Festivalı" keçiriləcək.

Filarmoniyadan verilən məlumata görə, festival çərçivəsində martın 17-də istedadlı solistlərin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.

Martın 18-də isə Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblının konserti olacaq.

Konsertdə ansamblın uzun illər ərzində formalaşmış repertuarından seçilmiş əsərlər səslənəcək, xalq çalğı alətlərində milli musiqimizin zənginliyi tamaşaçılara təqdim ediləcək.

Festival müddətində qonaqlar üçün sərgi və yarmarka da təşkil olunacaq.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Novruz əhval-ruhiyyəsini birlikdə yaşamaq istəyənləri festivala dəvət edir.