Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara Tarix-Diyarşünaslıq Muzeyində görkəmli memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Əcəmi Naxçıvani Azərbaycan memarlıq məktəbinin formalaşmasında mühüm rol oynayıb, Yaxın və Orta Şərq memarlıq ənənələrinə dəyərli töhfələr verib.

Qeyd olunub ki, memarın 900 illiyinin UNESCO-nun 2024–2025-ci illər üzrə yubileylər proqramına daxil edilməsi onun zəngin memarlıq irsinin beynəlxalq miqyasda tanıdılmasına və təbliğinə geniş imkan yaradır.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2025-ci il tarixində Əcəmi Naxçıvaninin 900 illik yubileyi haqqında sərəncam imzaladığı diqqətə çatdırılıb.

Tədbir zamanı şagirdlər Əcəmi Naxçıvaninin həyat və fəaliyyəti barədə danışıb, bu mövzuda sualları cavablandırıb, memarlıq irsimizə maraq nümayiş etdiriblər.