Qazax Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin ildönümü ilə bağlı "Xocalı cinayəti cəzasız qalmadı" başlığı altında tədbir keçirilib.
Bu barədə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən (RMİ) məlumat verilib.
Tədbirdə 1alereyanın direktoru Münəvvər Xəlilova, rəssam Yusif Əliyev çıxış edərək tariximizin qan yaddaşı olan bu dəhşətli faciədən söz açıblar.
Sonra dərnək üzvlərinin mövzunu əhatə edən rəsmlərinə baxış keçirilib.
***
Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbində Xocalı soyqırımına həsr olunmuş “Bir gecənin faciəsi” adlı tədbir təşkil edilib.
Məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib. Şagirdlərin çıxışları tamaşaçılara duyğulu anlar yaşadıb.
***
Qazax rayon Mədəniyyət Mərkəzində isə rayon MKS ilə birlikdə “Xocalı – insanlığa qarşı törədilmiş cinayət” adlı tədbir təşkil edilib.
Tədbirdə “Doğma torpaq” tammetrajlı bədii filmi nümayiş olunub.
Quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat olan filmdə Azərbaycanın yaxın tarixinin üç mərhələsi – ötən əsrin 80-ci illərinin sonlarında soydaşlarımızın indiki Ermənistan ərazisindən, tarixi Azərbaycan torpaqlarından qovulması, daha sonra başlanan I Qarabağ müharibəsi, o cümlədən Xocalı soyqırımı və 2020-ci ildə Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi əksini tapıb.
***
Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində də "Doğma torpaq" filmi nümayiş olunub.

























