Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş, milli motivlər və ənənəvi naxışlar əsasında hazırlanan instalyasiyaların sərgisi keçiriləcək.

Sərgi Azərbaycanın mədəni irsinin zənginliyini, Novruzun fəlsəfəsini və milli ornamental düşüncəni müasir instalyasiya dili ilə təqdim etmək məqsədi daşıyır.

Layihə çərçivəsində rəssamların, heykəltaraşların və instalyasiya sənəti ilə məşğul olan yaradıcı şəxslərin fərqli yanaşmaları xüsusi önəm daşıyır.

Sərgi Muzey Mərkəzində təşkil olunacaq və Novruz bayramı münasibətilə sənətsevərlərin ixtiyarına veriləcək.

Açılış martın 17-nə nəzərdə tutulub.

Azərbaycan Dövlət Rəsm Qalereyası milli motivlərə yeni baxış gətirən, naxış, forma və məkanla eksperimental işləyən rəssamları layihədə iştirak etməyə dəvət edir.

İştirak etmək istəyən rəssamlar əsərin keyfiyyətli fotosunu və əsərin qısa konsepsiyası, istifadə olunan materiallar və texnika, ölçülər (təxmini) barədə məlumatları, müəllifin adı, soyadı, əlaqə nömrəsi də qeyd edilməklə, resmqalereya@gmail.com  ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 11 mart 2026-cı il

Əlaqə nömrəsi: 0704935431