AMEA-nın Folklor İnstitutunda Milli Rəqəmsal Folklor Data Bazasının yaradılması istiqamətində işlərə başlanılıb.

Bu barədə institutdan məlumat verilib.

Qeyd olunub ki, hazırda işlərin ilkin mərhələsi planlaşdırılır. Layihənin əsas məqsədi minlərlə səsyazma və əlyazma materialını rəqəmsallaşdırmaq, onların avtomatik transkripsiyasını həyata keçirmək və janrlar üzrə təsnifatını aparan sistem qurmaqdır.

Təşəbbüsün reallaşdırılması üçün əlavə resurslara və dəstəyə ehtiyac var. Layihə uğurla başa çatdırılacağı təqdirdə, yaradılacaq verilənlər bazası tədqiqatçılar üçün geniş araşdırma və analiz imkanları təqdim edən mühüm platformaya çevrilə bilər.