“Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-cil il tarixli Sərəncamına əsasən, Milli Kitabxanada “Fətəli xan Xoyski – 150” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) fəaliyyəti üzrə sənədlər toplusu, Fətəli xan Xoyskinin həyatı, Cümhuriyyətin xarici işlər naziri və Nazirlər Şurasının sədri kimi fəaliyyəti, parlamentdəki çıxışları və və s. mövzularda ədəbiyyatlar nümayiş olunur.

Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutub, 1918-ci ilin 28 mayında tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olub.