
İyulun 31-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Agentlikdən bildirilib ki, görüşdə Fuad Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə diplomata məlumat verib.
Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı Krallığının turizm naziri adından Dövlət Turizm Agentliyinin sədrini 2025-ci il noyabrın 7-11-də Ər-Riyad şəhərində keçiriləcək BMT Turizmin (UN Tourism) Baş Assambleyasının 26-cı sessiyasında iştiraka dəvət edib.