Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olub.

Bu barədə BXA-dan məlumat verilib.

Akademiyanın rəhbərliyi ilə görüş zamanı qonağa təhsil proqramları, xoreoqrafiya sənətinin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib, eləcə də BXA-nın beynəlxalq əlaqələri diqqətə çatdırılıb.

Səfir göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. 

Səfir həmçinin Venesuelada fəaliyyət göstərən mədəniyyət və təhsil müəssisələri ilə Bakı Xoreoqrafiya Akademiyası arasında gələcək əməkdaşlıq imkanları və təcrübə mübadiləsinin perspektivləri barədə fikir mübadiləsi aparıb.