20 Sentyabr –– Dövlət Suverenliyi Günündə Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə “Şəhər günü” də qeyd olunub.
Xankəndidəki “Şəhəri günü”ndə Lənkəran Dövlət Dram Teatrının təqdimatında “Arşın mal alan” musiqili komediyası nümayiş olunub.
Üzeyir Hacıbəylinin bənzərsiz sənət yadigarı Xankəndi Mədəniyyət Mərkəzində göstərilib.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın (RF) Əməkdar artisti Laləzər Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevən Həsənlidir.
Rolları Saleh Əzimzadə, Aynur Əhmədova, Səyad Əliyev, Teymur Hacızadə, Əbülfəz Axundov, Vəfa Hacızadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Təranə Fərəcova, Aysel Babazadə, Şəbnəm Hüseynova ifa ediblər.
Bir əsrdən artıqdır şöhrəti dünyanı dolaşan “Arşın mal alan” Lənkəran teatrının təqdimatında da maraq və alqışlarla qarşılanıb.
Tamaşaçılar arasında fəxri qonaq qismində TÜRKSOY-un baş katibi Sultan Raev də olub.
























