27–29 oktyabr 2026-cı il tarixlərində Bakıda 7-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu (7th World Forum on Intercultural Dialogue) keçiriləcək.

Bakı Prosesi çərçivəsində təşkil olunan Forum dövlət başçılarını, nazirlikləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı naminə bir araya gətirir.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2011-ci il tarixli Fərmanına əsasən, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində əlaqələndirici orqan Mədəniyyət Nazirliyidir.

Mədəniyyət Nazirliyi Forum üçün “Könüllülük proqramı”na müraciətin başlandığını elan edib.

Proqram çərçivəsində könüllülər:

beynəlxalq tədbir idarəetməsi sahəsində praktiki təcrübə qazanacaq;

mühüm beynəlxalq tədbirin təşkilində çalışacaq;

dünyanın müxtəlif ölkələrindən olan dövlət və təşkilat nümayəndələri ilə əlaqə quracaq;

iştirak barədə rəsmi sertifikat əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

18–29 yaş aralığında olan, yüksək motivasiyalı gənclər.

İngilis dilini yaxşı səviyyədə bilən namizədlər.

Əvvəlki könüllülük təcrübəsinə malik şəxslər.

Müraciət qaydası bu linkdə.

Link vasitəsilə portalda qeydiyyatdan keçin, sonra "Könüllülük" bölməsini seçin və müraciətinizi təqdim edin.

Son müraciət tarixi: 05.08.2026