Milli Kitabxanada görkəmli tənqidçi və ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Yaşar Qarayevin (5.3.1936 – 25.8.2002) anadan olmasının 90 illiyi münasibətilə kitab sərgisi istifadəçilərə təqdim olunub.
Bu barədə kitabxanadan məlumat verilib.
Sərgidə alimin monoqrafiyaları, elmi və publisistik məqalələri, müsahibələri, məruzə və çıxışlarından ibarət kitablar, ön söz müəllifi, tərtibçi və rəyçi olduğu nəşrlər yer alıb. Yaşar Qarayevin həyatı, çoxşaxəli ədəbi-elmi yaradıcılıq yolu haqqında ədəbiyyatlar, məqalələr və xatirələrdən ibarət nəşrlər də sərgidə nümayiş olunub.



















