Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Kino həftəsi" çərçivəsində iyulun 11-də “Əfsanə qayıdır” filmi nümayiş olunub.
Xətai rayon Heydər Əliyev parkında təşkil edilən tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Rejissor Emil Abdullayevin quruluş verdiyi filmdə Əməkdar artistlər Dilarə Əliyeva, Elxan Yunis, aktyorlar Fərda Amin, Nicat Rəhimov, Ülfət Bəşir və başqaları rol alıblar.
Komediya janrında çəkilmiş film izləyicilər tərəfindən maraqla qarşılanıb.